"Qəbələ" Moldovoya getdi

"Qəbələ" Moldovoya getdi
Futbol
23 Oktyabr 2018 - 12:15
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb. UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” oktyabrın 24-də Çempionlar yolu yarışının birinci mərhələsində “Şerif”lə cavab oyununa çıxacaq.

Supersport.Az xəbər verir ki, Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında baş tutacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif”–“Qəbələ” matçı saat 16:00-da start götürəcək. Komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Digər xəbərlər