"Vorskla"nın əsas silahı: "Qarabağ"ı məğlub etməliyik"

"Vorskla"nın əsas silahı: "Qarabağ"ı məğlub etməliyik"
Futbol
21 Oktyabr 2018 - 12:36
Supersport.Az-ın məlumatına görə, Ukrayna çempionatının 12-ci turunda "Dinamo" qarşısıında aciz qalan "Vorskla"nın hücumçusu Vladislav Kulaç açıqlama verib.

"Bu oyunda sona qədər mübarizə apardıq. Pis futbol nümayiş etdimədik. Uşaqlara "afərin" deyirəm. Ancaq nəticənin yaxşı olmasını arzulayırdıq. "Dinamo"ya oynayanda xüsusilə.

Bərabər səviyyəli oyun oldu. Komandamız və rəqibin çox qol imkanı olmadı. Axmaq qol buraxdıq. Çox təəssüf ki, belə məğlub olduq. Buna layiq deyildik. Fasilədən sonra qələbə, rəqibə qol vəziyyətləri fürsətləri verməmək vacib idi. Son oyunlar bizimki gətirmir. Buna görə də Avropa Liqasının növbəti turunda mütləq qalib gəlməliyik". - deyə, futbolçu bildirib.

Poltava klubunda maddi problem qalmaqdadır:

"Borcun böyük məbləği ödənilib. Hər şey qaydasındadır".

Qeyd edək ki, oktyabrın 25-i Bakı Olimpiya Stadionunda Avroliqanın növbəti turunda "Qarabağ" "Vorskla"nı qəbul edəcək. 

Digər xəbərlər