"Qarabağ"a "Vorskla"nı məğlub etməyin yolu göstərildi - Video

"Qarabağ"a "Vorskla"nı məğlub etməyin yolu göstərildi - Video
Futbol, Video
20 Oktyabr 2018 - 21:17
Supersport.Az-ın məlumatına görə, Ukrayna çempionatının 12-ci turunda Poltava klubu məğlubiyyətlə üzləşib.

"Vorskla" öz meydanında "Dinamo"ya 0:1 hesabıyla uduzub. Kiyev klubunun qələbə qolunu 40-cı dəqiqədə Viktor Tsıqankov vurub.

Premyer Liqada 12 komanda mübarizə aparır və "Şaxtyor" 31 xalla birinci, "Dinamo" 29 xalla ikincidir. "Aleksandriya" 11 oyundan 22 xalla üçüncüdür. "Vorskla" 12 turdan 18 xalla dördüncüdur.

Digər xəbərlər