İdman tarixində rekord müqavilə

Digər, Boks
18 Oktyabr 2018 - 08:18
Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.
Supersport.Az-ın xəbərinə görə, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.
O, DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək.Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə “Mayami Marlinz”lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Saulun əməkdaşlıq çərçivəsində ilk döyüşü dekabrın 15-də Britaniya idmançısı Roki Fildinqə qarşı olacaq.