Tokioda uğursuz start: Rafael Ağayev də medalsız qaldı - Şəkillər

Tokioda uğursuz start: Rafael Ağayev də medalsız qaldı - Şəkillər
Karate, Digər, Foto
13 Oktyabr 2018 - 08:54
Supersport.Az-ın məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate1 Premyer Liqa seriyasından turniri başlayıb.

Mövsümün son yarışında 12 karateçimiz iştirak edir.

Milli federasiyanın media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun saytımıza verdiyi xəbərə əsasən, Tokio, YaponiyaOnlardan Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), həmçinin Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55kq) 12 oktyabrda tatamiyə çıxıb.

Milli komandanı dəstəkləmək üçün Azərbaycan respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə və səfirliyin əməkdaşları yarış zalına gəliblər.

İlk gün yarış idmançılarımız üçün uğursuz olub. Tanınmış karateçi Rafael Ağayev də medala həsrət qalıb.



-60 kq, Firdovsi Fərzəliyev 

Samuele Marçese (İtaliya) - Saud Albaşer (Səudiyyə Ərəbistanı) görüşünün qalibi ilə 2-ci dövrədə

1. F.F - Saud Albaşer (Səudiyyə Ərəbistanı) 1:0

2. F.F - Emil Pavlov (Makedoniya) - 1:0

3. F.F. - Kajiz Kanagasingam (Fransa) - 4:4 

Təsəlliverici görüşlər

4. F.F. - İqor Uhniç (Ukrayna) - 0:3

Mübarizəni başa vurdu.



-67 kq, Tural Ağalarzadə

1. T.A. - Ömər Kamaloğlu (Türkiyə) 3:0

2. T.A. - Davit Pataridze (Gürcüstan) 3:1

3. T.A. - Tomas Cordan (İngiltərə) 0:7

Mübarizəni başa vurdu.



-67 kq, Rafiz Həsənov

Sami Ennxaili-Anqoud (İspaniya) - Supa Nqamfuenfit  (Tayland) görüşünün qalibi ilə 2-ci dövrədə

1. R.H -  Sami Ennxaili-Anqoud (İspaniya) - 6:0

2. R.H. - Burak Uyqur (Türkiyə) - 0:1

Təsəlliverici görüşlər

3. R.H. - Hnat Pak (Ukrayna) - 1:2 

Mübarizəni başa vurdu.



-75 kq, Rafael Ağayev 

1. R.A. - Cordan Maher (Avstraliya) ikinci dövrədən - 2:0

2. R.A. - Rabi Jendoubi (İtaliy) - 2:0

3. R.A. - Ken Nişimura (Yaponiya) - 0:1

Mübarizəni başa vurdu.



-50 kq, Nuranə Əliyeva 

Qabriela Bruna (Çili) - Gema Ozuna-Morales (İspaniya) görüşünün qalibi ilə 2-ci dövrədə

1. N.Ə. - Gema Ozuna-Morales (İspaniya) 0:4

Təsəlliverici görüşlər

2. N.Ə. - Qabriela Bruna (Çili) - 4:3

3. N.Ə. - Yelena Milivojeviç (Serbiya) - 3:0

4. N.Ə. - Mariya Koulinkoviç (Belarus) - 0:7

Mübarizəni başa vurdu.



-55 kq, İlahə Qasımova

1. İ.Q. - Dina Durmis (Serbiya) - 1:0

2. İ.Q. - Lirisman Li (Estoniya) - 1:0

3. İ.Q. - Tuba Yakan (Türkiyə) - 3:5

Mübarizəni başa vurdu.



 

 

Digər xəbərlər