Millimiz ilk görüşdə uduzdu

Millimiz ilk görüşdə uduzdu
Digər, Voleybol
29 Sentyabr 2018 - 14:45
Yaponiyada qadınlar arasında voleybol üzrə dünya çempionatına start verilib.

Supersport.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan yığmamız bu gün ilk oyununa çıxıb. C qrupunda yarışan Faiq Qarayevin komandası ABŞ millisi ilə qarşılaşıb. Görüş millimizin son dünya çempionuna 0:3 hesablı məğlubiyyəti (27:29; 21:25; 21:25) ilə başa çatıb.

Qeyd edək ki, ABŞ, Cənubi Koreya, Rusiya, Trinidad və Tobaqo, Taylandla eyni qrupda yer alan komandamız növbəti oyununu sentyabrın 30-da koreyalılara qarşı keçirəcək.

Digər xəbərlər