Supersport.Az-ın məlumatına görə, dünya və Avropa çempionu Ramil Quliyev əsas məqsədini açıqlayıb.
Türkiyəni təmsil edən azərbaycanlı tanınmış atlet Olimpiya çempionu olmaq, Avropa rekordunu vurmaq istəyində olduğunu bildirib.
“Fənərbağça”nın dərgisinin sentyabr sayına müsahibə verən çempion Avropa birincisi olduğu Almaniya paytaxtı Berlində rekord vura bilməməsinin səbəbini izah edib:
“Berlin stadionu elə inşa olunub ki, orda külək həmişə arxadan gəlir. Bir tərəfi açıq yerdən ruzgar gələndə içəridə hərəkət edir. Bunu bilsəydim, qitə rekordu vurardım. Həm Avrupa rekordunu yeniləmək, həm də Tokio Olimpiadasında qızıl medal qazanmaq istəyirəm. Mən sadəcə bir şey bilirəm, o da çalışmaq. Bu vəziyyətə hazırlaşmaqla gəldim, bundan sonra uğurları artırmaq çox məşq etməklə mümkündür”.