Avropa Liqasında təmsilçimiz “Qarabağ” qrup mərhələsində oktyabrın 4-də “Arsenal”ı qəbul edəcək.
Supersport.Az xəbər verir ki, qarşılaşma ərəfəsində maraqla gözlənilən məsələlərdən biri, “topçular”ın erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdır.
Erməni futbolçunun paytaxtımızda baş tutacaq qarşılaşmada iştirak etməyəcəyi artıq dəqiqləşib. İngiltərə klubu 29 yaşlı Mxitaryanı təhlükəsizlik səbəbi ilə Azərbaycana gətirmək istəməyib.
Qeyd edək ki, bu futbolçu 2015-ci ildə “Qəbələ” – “Borussiya” matçında da Bakıya gətirlməmişdi.