Ramil Quliyev: "Azərbaycanı unuda bilmərəm"

Ramil Quliyev: "Azərbaycanı unuda bilmərəm"
Atletika, Digər
17 Avqust 2018 - 02:06
Supersport.Az-ın məlumatına görə, son Avropa çempionu, komanda yarışının gümüş medalçısı Ramil Quliyev iddialı açıqlama verib.

Türkiyəni təmsil edən 28 yaşlı azərbaycanlı atlet qarşıdakı arzusunun Avropa rekordunu vurmaq və olimpiya medalı qazanmaq olduğunu bildirib.

"Almaniyada çox yaxşı nəticəyə görə qurur hissi keçirirəm. İnşAllah növbəti yarışlarda daha uğurlu çıxış edəcəyik. Favorit göstərilməyim üzərimdə təzyiq yaratmırdı, rahat idim. Yaxşı məşq edəndə qarşılığını alırsan. Berlində yaxşı nəticə qazandıq".

Quliyev hədəfləri barədə danışıb:

"Xəyalım gerçəkləşməyə bilər, amma Avropada rekordlar vurmaq və Olimpiya Oyunlarında medal qazanmaq istəyirəm. Məqsəd olanda və bu yöndə çalışanda uğur da olur. Bu hədəflərimə çatacağıma inanıram".

İdmançı Azərbaycan və Türkiyə xalqını xoşbəxt etdiyini deyib:

"Ölkələrin əraziləri fərqlidir, amma eyni millətik. Türkiyə adına belə uğurlar qazandığım üçün qürurluyam. Doğulduğum yeri əsla unutmaram. Mən yarışlarda nəticə qazananda iki bayraqla bunu qeyd etmişəm. Həm Türkiyəni, həm də Azərbaycanı xoşbəxt edirəm. İnşAllah, belə davam edərəm".

R.Quliyev daim Türkiyə prezidenti Ərdoğanın diqqətində olduğunu qeyd edib:

"Biz idmançıyıq, iş adam deyilik. Könüldən bunu edirik. Prezidentimizin təbrik etməsi məni çox duyğulandırdı. Digər ölkələrdə belə deyil, ölkə rəhbəri zəng edib təbrik etmir".

 

 

Digər xəbərlər