Ramil Quliyevli Türkiyədən tarixi uğur

Ramil Quliyevli Türkiyədən tarixi uğur
Atletika, Digər
13 Avqust 2018 - 11:43
Supersport.Az-ın məlumatına görə, Almaniya paytaxtı Berlində Avropa atletika çempionatında Türkiyə yığma komandası zəfər qazanıb.

Bayraq yarışının 4x100 metrə final mərhələsində qardaş ölkənin yığması ikinci yeri tutub.

Əmrə Zəfər Barnes, Jak Ali Harvey, Yiğitcan Həkimoğlu və Ramil Quliyevdən ibarət Türkiyə seçmə komandası 37.98 saniyə ilə gümüş medala sahib çıxıb, ölkənin rekordunu vurub.

Böyük Britaniya 37.80 saniyə ilə birinci olub.

Niderland yığması isə 38.03 saniyəylə üçüncü yeri tutub.

Digər xəbərlər