Ramil Quliyevdən Avropada çempionluq, rekord - Foto

Ramil Quliyevdən Avropada çempionluq, rekord - Foto
Atletika, Digər
09 Avqust 2018 - 23:31
Supersport.Az-ın məlumatına görə, Azərbaycanda bəzi idman rəhbərlərinin məsuliyyətsizliyindən ölkəni tərk edərək Türkiyəni seçən atlet Ramil Quliyev daha bir uğur qazanıb. Ötən il Londonda dünya çempionu olan tanınmış idmançı, bu gün Berlində Avropada birinci yeri tutub, bütün zamanların ikinci rekord göstəricisini vurub. İngiltərədə dünyada birinci qaçışçı adını qazanan zaman Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev də Ramil Quliyevi təbrik etmişdi.
Tanınmış atlet Avropa çempionatında 200 metr məsafəni 19.76 saniyəyə qət edib.

Digər xəbərlər