Ramil Quliyev rekord arzusunda

Ramil Quliyev rekord arzusunda
Atletika, Digər
04 Avqust 2018 - 17:22
Supersport.Az-ın məlumatına görə, gələn həftə Almaniyanın paytaxtı Berlində startı veriləcək Avropa çempionatında Türkiyəni təmsil edəcək azərbaycanlı atlet Ramil Quliyev iddialı danışıb.

28 yaşlı dünya çempionu, rekord vurmaq istəyini bildirib:

"Ötən illə müqayisədə hazırlığımız daha yaxşıdır. İnşAllah çempionatda ölkəmizi layiqli təmsil edəcəyimizə inanırıq. Ötən il dünya çempionu olduğum üçün bu il bütün yarışlara dəvət aldıq. Bu da bizim üçün üstünlük oldu. Yarışda 200 metr məsafəyə qaçışda rekord vurmağa çalışacağam. Bundan başqa, bayraq yarışında mübarizə aparacağam. 100 metr üçün hələ ki, qərar verməmişik".

Xatırladaq ki, Ramil ötən il Londonda 200 metri 20.09 saniyəyə qət edərək dünya çempionu olub. Bu məsafəyə qaçışda dünya rekordu karyerasını başa vuran yamaykalı Useyn Bolta məxsusdur (19.19 san.).

Digər xəbərlər