"Qarabağ"ın qapısı toxunulmazdır

"Qarabağ"ın qapısı toxunulmazdır
Futbol
04 Avqust 2018 - 14:17
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında bu mövsüm 4 oyun keçirən "Qarabağ" qapısından qol buraxmayan iki komandadan biridir.

Azərbaycan çempionu ilk iki təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını (0:1, 0:0) və Albaniya "Kukesi"sini (0:0, 3:0) mübarizədən kənarlaşdırmağı bacarıb.

ÇL-də Serbiyanın "Srvena Zvezda" klubu da 4 oyundan sonra qapısını toxunulmaz saxlayıb.

Bundan əlavə, "Qarabağ"ın qapıçısı Vaqner da Silva yeni rekorda imza atıb. Braziliyalı qolkiper Azərbaycan futbolunda avrokubok matçlarında ardıcıl 4 oyun qapısından qol buraxmayıb. Əvvəlki rekord isə İbrahim Şehiçə məxsus idi. Ötən mövsüm "Qarabağ"dan ayrılan bosniya və herseqovinalı qapıçı ardıcıl 3 oyunda qapısında qol görməmişdi.

Digər xəbərlər