"Qarabağ" - "Olimpiya" oyununa bilet satışından xəbər

"Qarabağ" - "Olimpiya" oyununa bilet satışından xəbər
Futbol
13 İyul 2018 - 18:38
Çempionlar Liqasında I təsnifat mərhələsinin "Qarabağ" - "Olimpiya" cavab oyununa biletlərin satışı davam edir.

Supersport.Az-a Azərbaycan klubunun mətbuat xidmətindən verilən xəbərə görə, azarkeşlər 5 min bilet alıb.

Oyuna tamaşa etmək istəyən azarkeşlər satış məntəqələrində və onlayn olaraq iTicket.az saytından əldə edə bilər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı iyulun 18-i saat 21:00-da start götürəcək.

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Digər xəbərlər