Almanları udan Koreya millisini "yumurta atəşi"nə tutdular - Video

Almanları udan Koreya millisini "yumurta atəşi"nə tutdular - Video
Futbol
30 İyun 2018 - 03:37

DÇ-2018-də F qrupunu 3-cü pillədə tamamlayan Cənubi Koreya millisinin üzvləri öz ölkələrinə qayıdıb.


Supersport.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hava limanında onları iki cür azarkeş qarşılayıb. Bəziləri oyunçulara güllər hədiyyə edib, bəziləri isə komandanın çıxışından narazı qaldıqları üçün onları yumurta atəşinə tutub.

Qeyd edək ki, Cənubi Koreya qrupun son turunda DÇ-2014-ün qalibi Almaniya üzərində 2:0 hesablı sensasiyalı qələbə qazanıb.

Digər xəbərlər