İtaliyalı Eseosa Desalu (20.77) ikinci, fransız Mikael-Meba Zeze (20.78) üçüncü olub.

Ramil Quliyev 35 illik rekordu qırdı
Supersport.Az-ın məlumatına görə, İspaniyanın Tarraqona şəhərində keçirilən 18-ci Akdeniz Oyunlarında 200 metr məsafəyə qaçış üzrə yarışa çıxan Türkiyədə çıxış edən azərbaycanlı atlet Ramil Quliyev daha bir uğur qazanıb.
“Fənərbağça”lı dünya çempionu, 20,15 saniyə göstərici ilə 35 illik oyunlar rekordunu qırıb və qızıl medala sahib çıxıb.