"Fənəbağça" "Neftçi"nin seçdiyi məkandan imtina etdi - Foto

"Fənəbağça" "Neftçi"nin seçdiyi məkandan imtina etdi - Foto
Futbol, Foto
30 İyun 2018 - 02:04

Supersport.Az-ın məlumatına görə, "Fənərbağça"nın prezident seçkisində Aziz Yıldırımı məğlub edərək 20 illik rəhbərliyinə son qoyan Ali Koç klubun fəaliyyətində fərqli dəyişikliklər edib. İstanbul komandası A.Yıldırımın inşa etdirdiyi "Topuk Yaylası" bazasını bu il istifadə etməmək qərarına gəlib.


"Fənərbağça" hazırlıq prosesini Avropa ölkələrindən birində keçirəcək. Yeni idman direktoru Damyen Komolli "Topuk Yaylası"nı təlim-məşq üçün yetərli hesab etməyib. 45 yaşlı fransız futbol idarəçisi indiyə qədər "Sent-Etyen", "Arsenal", "Tottenhem", "Liverpul" klublarının idman direktoru olub.


UEFA standartlarında üç meydançası olan, 80 otaqlı "Topuk Yaylası"na gəlincə, son illər Azərbaycan və Qətər klubları istifadə edir. Hazırda "Neftçi" adıçəkilən bazada hazırlıq keçir.


Türkiyə təmsilçisi, Avstriya və Niderlanda hazırlaşmağı planlaşdırıb. "Fənərbağça" iyulun 8-dək İstanbulda çalışacaq və bundan sonra 18-dək xarici ölkəyə təlim-məşqə gedəcək. İyulun 21-də "Feyenoord"la yoldaşlıq matçı nəzərdə tutulub. Türk klubu 26-30 iyul tarixlərində Avropada turnirə qatılacaq.


F.Bahçe'de Topuk Yaylası devri bitti

Digər xəbərlər