Supersport.Az-ın məlumatına görə, İngiltərə Federasiya Kubokunun qalibi müəyyənləşib. Londonun “Uembli” stadionunda “Çelsi” finalda “Mançester Yunayted”i 22-ci dəqiqədə Eden Hazardın penalti qoluyla məğlub edərək, mükafatı qazanıb.
London klubu 1970, 1997, 2000, 2007, 2009, 2010 və 2012-ci illərdən sonra 8-ci dəfə kuboku muzeyinə aparıb.
