Boks üçün böyük təhlükə

Boks üçün böyük təhlükə
Digər, Boks
04 May 2018 - 22:00
Supersport.Az-ın məlumatına görə, boks olimpiya oyunları proqramından çıxarıla bilər.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokio-2020 ərəfəsində bu idman növüylə bağlı düşünməyin vacibliyini bildirib.

Üç ay əvvəl BOK AİBA rəhbərliyinə iradlarını çatdırıb. Beynəlxalq Olimpiya Komitəsi boks qurumunun rəhbərliyilə yanaşı, maliyyə və dopinq məsələsiylə bağlı narahat olduqlarını bəyan edərək, ciddi xəbərdarlıq etmişdi.

T.Bax islahatlar aparılmadığını qabardaraq, yeni ismarıc verib:

"AİBA məlum problemlərlə bağlı ləng işləyir. Bu da bizi təəssüfləndirir. Boksun 2020-ci il Tokio Olimpiadası üçün durumunu yenidən müzakirə edəcəyik".

Digər xəbərlər