72-ci duel

72-ci duel
Futbol
04 May 2018 - 18:13
“Neftçi” mayın 6-da Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq.

Supersport.Az xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək oyun saat 19:00-da start götürəcək. Bakılılar Ağdam təmsilçisi ilə indiyədək 71 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 18-də qələbə qazanan paytaxt klubu 27-də məğlub olub, 26 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də Ağdam klubunun xeyrinədi – 76:63.

Bu mövsümün geridə qalan hissəsindəki oyunlara gəlincə, “Neftçi” ilk iki görüşdə meydanı məğlub tərk edib. 8-ci km stadionunda 1:3, “Azərsun Arena”da isə 0:1 hesabı qeydə alınıb. Bu il martın 14-də 8-ci km stadionunda keçirilmiş üçüncü dövrə matçında isə qapılara qol vurulmayıb.

Digər xəbərlər