Cüdoçumuz finalda erməniyə uduzdu - Foto

Cüdoçumuz finalda erməniyə uduzdu - Foto
Digər, Cüdo, Foto
27 Aprel 2018 - 22:49
Supersport.Az-ın məlumatına görə, İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatının ikinci günündə ölkəmiz bir medal qazanıb.

73 kq çəki dərəcəsində azərbaycanlı Hidayət Heydərov finalda Ermənistan təmsilçisi Ferdinand Karapetyana uduzub.

Eyni çəkidə yarışan Rüstəm Orucov yarışa moldovalı İon Naku üzərində qələbə ilə başlasa da, 1/8 finalda ukraynalı Artem Xomulaya məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov 5-ci, Nicat Şıxəlizadə 7-ci yerlə kifayətlənib. Yığmanın qalan üzvləri ilk görüşdə uduzaraq mübarizəni dayandırıblar.

Digər xəbərlər