Supersport.Az-ın məlumatına görə, Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turniri başa çatıb. Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlar seriyasından olan Rabat mərhələsində 18 idmançımız mübarizə aparıb. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıblar.
Rafael Ağayev (-75kq) qızıl, İrina Zaretska (-68kq) gümüş, Şahin Atamov və Tural Ağalarzadə isə bürüncmedal qazanıblar.
