Məhəmməd Salah bunu 4-cü dəfə bacardı

Məhəmməd Salah bunu 4-cü dəfə bacardı
Futbol
09 Aprel 2018 - 17:03
Supersport.Az-ın məlumatına görə, "Liverpul"da forma geyən Məhəmməd Salah mükafatlaırn sayını artırıb.

Misirli futbolçu, İngiltərədə 4-cü dəfə ayın oyunçusu seçilib.

Peşəkar Futbolçular Birliyi (PFA) açıqlamasında Premyer Liqada mart ayında 4 oyunda 6 qol vuran və 2 effektli ötürmə verən Salahın azarkeşlərin 80 faiz səsini qazandığı və birinci olduğu bildirilib.

25 yaşlı hücumçu bu mövsüm noyabr, dekabr, fevral aylarından sonra martda da qalib olaraq 4-cü dəfə bu mükafata layiq görülüb.

Digər xəbərlər