Messi "Barselona"nı rekorda daşıdı

Messi "Barselona"nı rekorda daşıdı
Futbol
09 Aprel 2018 - 15:29
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının lideri "Barselona" rekorda imza atıb.

Kataloniya klubu 31-ci turda "Leqanes”i qəbul edib. Messinin 3 qolu ilə matçı qalib bitirən "Barselona" məğlubedilməzlik seriyasını 38 matça çıxarıb və "Real Sosyedad"ın 1979-80-ci il mövsümündə qırdığı rekordu yeniləyib.

Çempionluq yolunda böyük üstünlük əldə edən "Barsa" bu qələbəylə turnir cədvəlindəki xalını 79-a çatdırıb.

Messiyə gəlincə, bu mövsüm liqada 29 qol vuran ulduz qol krallığı yarışında liderliyini qoruyub. Onu hərəyə 22 qolla Luiz Suarez və Kriştiano Ronaldo izləyir.

Digər xəbərlər