Rafael Ağayevdən debütdə qələbə

Rafael Ağayevdən debütdə qələbə
Karate, Digər
08 Aprel 2018 - 12:00
Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun təmsilçisi Rafael Ağayev Karate Kombat təşkilatının üzvü olub.

Supersport.Az-ın məlumatına görə, idmançının Full Kontakt karate üzrə döyüşlərdə debütü uğurlu alınıb. 5 dəfə dünya, 10 dəfə Avropa çempionu ilk döyüşünə Macarıstanın paytaxtı Budapeştdə çıxıb. Ağayev ilk döyüşündə Dominikan Respublikasının təmsilçisi Dionisio Qustavo ilə qarşılaşıb. Qalib gələn Rafael debütdə ilk qələbəsini qazanıb.

Xatırladaq ki, idmançımız yeni yaradılan Full Kontakt Karate Liqasında mübarizə aparacaq. 30-dan artıq ölkənin 100-dən çox karateçisinin qatıldığı turnirə aprelin 26-da ABŞ-ın Mayami şəhərində start veriləcək.

 

Digər xəbərlər