Çempionlar Liqasıyla bağlı "Qarabağ"a xoş xəbər

Çempionlar Liqasıyla bağlı "Qarabağ"a xoş xəbər
Futbol, Populyar
25 Mart 2018 - 12:57
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında iştirakçı komandaların mükafatı artacaq.

UEFA-nın formatını dəyişdiyi yarışda qrupa vəsiqə qazanan klublara qarşıdakı mövsüm 12,7 milyon əvəzinə 15 milyon avro veriləcək.

Bu mərhələdə hər qələbə üçün mükafatın 1,5 milyondan 2,7 milyona, heç-heçəyə görə 500 mindən 900 min avroya çatdırılacağı bildirilir.

Səkkizdəbirə vəsiqə qazanan komandalara 9,5 milyon, dörddəbirdə oynayacaq kluba 10,5 milyon avro veriləcək.

Yarımfinal, final və çempionluq halında müvafiq olaraq 12, 15 və 19 milyon avro ödəniş olacaq.
UEFA ötən il ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil etmiş "Qarabağ"ın hesabına 33 milyon 350 min 68 manat köçürüb.


Qeyd edək ki, UEFA 2018/19 mövsümü üçün Çempionlar Liqasının formatında dəyişiklik edilib. Qrup mərhələsinə 26 klub birbaşa vəsiqə əldə edəcək. Təsnifat mərhələsindəki hər bir komanda isə Avropa Liqasında oynamaq üçün ikinci şans qazanacaq.



Avroliqanın qrup mərhələsinə 17 komanda birbaşa vəsiqəyə yiyələnəcək. Qalan 31 klubdan 10-u Çempionlar Liqasının "pley-off", 21-i isə Çempionlar Liqası və Avropa Liqasından gələcək.

Çempionlar Liqasının təsnifat mərhələsi üçün "uduzan çıxır" prinsipi üzrə mini-turnir, Avropa Liqası üçün isə ev-səfər prinsipi üzrə ilkin mərhələ təşkil olunacaq.

Qrup mərhələsinin formatı dəyişməyəcək. Lakin Çempionlar Liqası və Avropa Liqasının oyunları üçün başlama saatı Avropa vaxtıilə 18:55 (Bakı vaxtı ilə 20:55 və ya 21:55) və 21:00 (23:00 və ya 24:00) müəyyən olunub.

Digər xəbərlər