Taekvondoçularımız 10 medalla qayıdır

Taekvondoçularımız 10 medalla qayıdır
Digər, Taekvondo
19 Mart 2018 - 00:30
Supersport.Az saytı milli qrumun rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edən "Ukraine Open" beynəlxalq turnirə yekun vuruldu. Böyüklərdən ibarət milli yığma komandamız yarışın son günü də uğura imza atıb. Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb.

Belə ki, qadın taekvondoçularımızdan Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-53 kq) yarışı qızıl medalla başa vurub. Radik İsaev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov (-87 kq), Rufina Əlizadə (-53 kq) və Elvarə Cəlilova (+73 kq) bürünc medal qazanıblar.


Xatırladaq ki, Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirin ilk günü Qaşım Maqomedov (-58 kq) yarışın qalibi, Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə bürünc medala sahib olmuşdular. 23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət milli yığma komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medalla vətənə dönür.

Digər xəbərlər