Ardanın nikah şahidi Ərdoğan oldu

Futbol
12 Mart 2018 - 09:49
Supersport.Az-ın məlumata görə, "Barselona"dan "Başakşehir"ə icarəyə verilən Arda Turan subaylıqla vidalaşıb.
Sadə mərasim keçirən futbolçunun nikah şahidliyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib. Arda, hamıya təşəkkürünü bildirib:
"Bizim üçün dua və təbrik edən hər kəsə təşəkkürümüzü bildiririk".
Ötən həftə sadə nişanlama zamanı futbolçu belə deyib:
"Ölkəmiz və əsgərlərimiz böyük mübarizə aparır. Savaşda toy olmaz. Bu halda sevinə bilmərik".