"Synergy Baku" beynəlxalq yarışda birinci oldu - Foto

"Synergy Baku" beynəlxalq yarışda birinci oldu - Foto
Digər, Foto, Velosiped
11 Mart 2018 - 23:42
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Antalyanın Manavqat bölgəsində keçirilən "Grand Prix Side" beynəlxalq 1.2 Elit şose velosipedi yarışında Azərbaycan komandası birinci yeri tutub. "Synergy Baku" bütün rəqiblərini geridə qoyub.

Mötəbər turnirdə 6 ölkədən 90 idmançı mübarizə aparıb.

"Cumhuriyet Meydanı"nda baş tutan fərdi yarışda Qazaxıstan təmsilçisi Stefan Astafyev qalib olub.

Yarışda Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Polivoda, Musa Mikayılzadə, Kərim Şirəliyev, Kənan Qəhrəmanlı və Telman Vəliyevdən ibarət heyətlə mübarizə aparan komandamızın heyətində ən yüksək nəticəyə Samir Cəbrayılov imza atıb. Əla komanda işinin nəticəsi olaraq finiş xəttinə 4 nəfərlik kiçik qrupun tərkibində gələn Samir 184,9 km məsafəni 4 saat, 16 dəqiqə, 23 saniyəyə başa vurub və fotofinişə əsasən 2-ci olub. Bu nəticə həmçinin idmançımıza 30 reytinq xalı da qazandırıb.
Belarusun "Minsk" komandasının yetirməsi Branislav Samailav üçüncü olub.

"Synergy Baku"nun digər üzvü Aleksandr Polivoda isə qalibdən 5 saniyə geri qalmaqla 5-ci yeri tutub və bununla da klubumuzun aktivinə daha 15 xal əlavə edib. Komanda hesabına gəlincə, "Synergy Baku" ən yaxşı göstəriciyə imza atmaqla xüsusi mükafatla da təltif edilib.

Digər xəbərlər