“Azərsu” “Nur”u minimal hesabla məğlub edib

“Azərsu” “Nur”u minimal hesabla məğlub edib
Digər, Həndbol
04 Mart 2018 - 03:11
Qadın həndbolçular arasında Azərbaycan çempionatı davam edir.

Supersport.Az xəbər verir ki, ölkə birinciliyində növbəti tura “Azərsu”–“Nur” matçı ilə start verilib. “ABU Arena”da keçirilən qarşılaşmadan əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gözlənildiyi kimi gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən görüş 28:27 hesabı ilə “Azərsu” komandasının xeyrinə nəticələnib.

Digər xəbərlər