“Qəbələ”nin taekvondoçuları dörd medal qazanıblar

“Qəbələ”nin taekvondoçuları dörd medal qazanıblar
Digər, Taekvondo
23 Fevral 2018 - 13:35
Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də uğurla çıxış ediblər.

Supersport.Az xəbər verir ki, iki gün davam edən çempionatda klubun yetirmələri 4 medal qazanıblar.

Çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Məcid Sofiyev (54 kq) və Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub. Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Beləliklə, “Qəbələ”nin idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.

Digər xəbərlər