Boks olimpiya oyunlarından çıxarıla bilər

Boks olimpiya oyunlarından çıxarıla bilər
Digər, Boks
04 Fevral 2018 - 23:35
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) boksu olimpiya oyunları proqramından çıxarmaq istəyir. Bunu BOK prezidenti Tomas Bax bəyan edib.

O, bildirib ki, beynəlxalq qurum 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi məsələsinə yenidən baxmaq hüququnu özündə saxlayır.

T.Bax boksun 2018-ci ildə Buenos-Ayresdə keçiriləcək gənclər arasında Olimpiya Oyunları proqramına daxil edilməsi məsələsinə də yenidən baxılacağını söyləyib. MOK prezidenti Beynəlxalq Boks Assosiasiyasının (AİBA) rəhbərliyinə qarşı təhqiqata başladıqlarını da bildirib. Bu qərar MOK İcraiyyə Komitəsinin Cənubi Koreyada keçirilən toplantısında qəbul edilib. MOK İcraiyyə Komitəsi AİBA ilə bütün işgüzar əlaqələrini də dayandırıb.

Digər xəbərlər