"Qəbələ" "Arsenal"a uduzmadı

"Qəbələ" "Arsenal"a uduzmadı
Futbol
27 Yanvar 2018 - 20:00



Supersport.Az-ın məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün 4-cü yoxlama oyununda "Arsenal"la qarşılaşıb.

Gərgin keçən oyunda qapılara 6 qol vurulub və matçda qalib müəyyənləşməyib.

Tula şəhərinin klubunun əsası 1946-cı ildə qoyulub. Uzun illər SSRİ və Rusiyanın aşağı liqalarında çıxış edən "Arsenal" 2007-ci ildə fəaliyyətini dayandırıb. 4 ildən sonra bərpa olunan komandanın yüksəliş dövrü də bundan sonraya təsadüf edib. Qısa müddətdə 2-ci və 1-ci divizionlarda uğur qazanan komanda 2014-2015-ci illər mövsümündə Premyer Liqada oynamaq hüququ da əldə edib. Elə həmin debüt cəhdində aşağı dəstəyə yuvarlanan Tula təmsilçisi 1 ildən sonra geri dönüb. 2016-2017 mövsümündə də Premyer Liqanın autsayderlərindən olan "Arsenal" sonda 14-cü olmaqla elitada qalıb. Cari mövsüm klub tarixinin ən uğurlusu sayılır. 20 oyunda 25 xal toplayan komanda qış fasiləsinə 8-ci pillədə yollanıb.

"Qəbələ" bu oyunadəkk Tula təmsilçisi ilə qarşılaşmasa da, Rusiyanın digər klubları ilə yoxlama matçları keçirmişdi. Müxtəlif illərdə "Amkar" (1:1), "Tom" (2:1), “Baltika” (1:1), "Volqa" Nijni Novqorod (0:1), "Kuban" (0:2) və "Axmat"la (0:1) qarşılaşmalarda qüvvəsini sınayan “qırmızı-qaralar" avrokubokları saymasaq, 7-ci dəfə Rusiya təmsilçisi ilə üz-üzə gəlib.

Yoxlama oyunu

27 yanvar

18:00. “Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya) 3-3

Xatırladaq ki, "Qəbələ" yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin "Akhisar Bələdiyyəspor" (1:1) və İsveçrənin "Sürix" (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın "Rabotniçki" (2:1) klublarıyla qüvvəsini sınayıb.



Digər xəbərlər