"Qəbələ"dən qələbə - Video

"Qəbələ"dən qələbə - Video
Futbol, Video
25 Yanvar 2018 - 15:46
Supersport.Az-ın məlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Təlim-məşq toplanışının ikinci mərhələsində ilk sınağına çıxan komanda bu il 3-cü görüşündə qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” klubu ilə üz-üzə gəlib. Matç Qloriya məşq meydançalarında baş tutub.

Baş məşqçi Roman Qriqorçuk qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov (k), Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov.

Qarşılıqlı hücumlarla keçən ilk yarıda komandalar hərəyə bir qol vurub. Fasilədən 6 dəqiqə əvvəl makedoniyalılar hesabı açıb. “Rabotniçki”nin heyətində Serjio fərqlənib. “Qırmızı-qaralar” birinci hissənin sonunadək hesabda tarazlıq yaradıb. Hissənin son dəqiqəsində Asif Məmmədov rəqib qapısına yol tapıb. Fasilədə və oyunun gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”də Təmkin Xəlilzadə, Elvin Məmmədov, Elvin Camalov, Rasim Ramaldanov, Dion Malone, İlqar Qurbanov, Yusif Nəbiyev, Abbas Ağazadə meydana çıxıb. İkinci hissədə komandamız daha bir qol vurub. Fasilədən az sonra Baqali Dabo makedoniyalıları məyus edib. Bu, görüşdə sonuncu qol olub.

Beləliklə, Antalya toplanışında bunadək Türkiyə “Akhisar Bələdiyyəspor”u (1:1) və İsveçrə “Sürix”i (0:1) ilə qarşılaşan “Qəbələ” ilk qələbəsini qazanıb.

Digər xəbərlər