"Arsenal"ı aşağı liqa klubu kubokdan kənarlaşdırdı

"Arsenal"ı aşağı liqa klubu kubokdan kənarlaşdırdı
Futbol
08 Yanvar 2018 - 02:56
Supersport.Az-ın məlumatına görə, İngiltərə futbolunda sensasiya olub.

Premyer liqada istədiyi nəticəni qazana bilməyən "Arsenal" "FA Cup" yarışının 3-cü mərhələsində "Nottingem Forest" qarşısında aciz qalıb. Championship təmsilçisi 4:2 hesabıyla qələbə qazanıb. "Nottingem Forest" 32 komanda sırasına düşməyi bacarıb.

Arsen Vengerin başçılığında "Arsenal" ilk dəfə yarışın bu mərhələsində mübarizəni dayandırıb.

Digər xəbərlər