Gimnastımız dünya çempionu oldu

Gimnastımız dünya çempionu oldu
Gimnastika, Digər
19 Noyabr 2017 - 18:08
Bolqarıstanın paytaxtı Sofiyada batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilir.

Supersport.Az xəbər verir ki, nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərinə qalib gələrək tamblinq üzrə yarışların qızıl medalını qazanıb.

Ölkəmiz yarışda beş idmançı ilə təmsil olunur. Turnirin sonuncu günü - noyabrın 19-da daha iki idmançımız - 12 yaşlı Adil Hacızadə və 11 yaşlı Zeynəb Qasımlı ümumdünya yarışlarında mübarizə aparacaqlar.

Digər xəbərlər