AFFA-nın yalanı...

AFFA-nın yalanı...
Futbol
15 Noyabr 2017 - 21:19
Supersport.Az-ın məlumatına görə, AFFA-nın yalanı ortaya çıxıb.

21 yaşlılardan ibarət yığmamızın evdə almanlara 0:7 hesabı ilə məğlub olduğu qarşılaşmada iştirak edən millimizin forvardı Renat Dadaşov Almaniyaya qayıtmışdı.

AFFA-nın baş katibi Elxan Məmmədov bir müddət əvvəl Renatın Avro-2019-un seçmə mərhələsində Almaniya və Kosovo oynamaqdan imtina etdiyini, buna səbəb kimi klubunda vacib oyunlarının olmasını əsas gətirdiyini bildirmişdi. Buna baxmayaraq, millimizin almanlara birabırçı hesabla uduzduğu oyunda 90 dəqiqə meydanda olan "Ayntraxt"ın futbolçusu, bundan sonra yığmanın düşərgəsini tərk edərək, Kosovo ilə qarşılaşmanı gözləməyə ehtiyac görməyib.

AFFA-nın saytı hücumçunun düşərgədən ayrılmasına səbəb kimi Renatın zədəli olmasını göstərmişdi. Azərbaycan yığmasının dünən Kosovo ilə oyunundan (0:0) sonra Dadaşov "İnstagram" səhifəsində çıxış etdiyi Frankfurtun "Ayntraxt" klubunun məşqindəki şəklini paylaşıb. Bu fakt AFFA-nın yalanını ortaya çıxarıb. Dadaşov həqiqətən zədəlidirsə, necə məşq edib?

Digər xəbərlər