Ronaldo 4-cü dəfə ata oldu

Ronaldo 4-cü dəfə ata oldu
Futbol, Foto
13 Noyabr 2017 - 11:48
“Real”ın futbolçusu Kriştiano Ronaldo 4-cü dəfə ata olub.

Supersport.Az-ın xəbərinə görə, bu barədə portuqaliyalı hücumçusu İnstaqram hesabında etdiyi paylaşımda məlumat yayıb. Ulduz futbolçunun qız övladı dünyaya gəlib.

Uşağın anası portuqaliyalı Corcina Rodrigezdir.

Qeyd edək ki, Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.

Digər xəbərlər