Fransa nümayəndə heyətinə Azərbaycanda taekvondonun inkişafı barədə məlumat verilib
Digər, Taekvondo
06 Noyabr 2017 - 22:22
Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Taekvando Federasiyasında (ATF) da olub.
ATF-dən Supersport.Az-a bildiriblər ki, əvvəllər taekvondo ilə məşğul olan Pyer Alen Rafanın rəhbərlik etdiyi nümayəndə heyəti federasiyanın idman kompleksi, milli yığma komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi, eləcə də kompleksdə taekvandoçulara yaradılan şəraitlə tanış olub.
Nümayəndə heyətinə federasiyanın rəhbərliyi tərəfindən taekvandonun inkişafı, nailiyyətləri və ATF-nin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Sonda ATF-nin idman nəticələri muzeyi ilə tanış olan qonaqlar taekvando üzrə milli komandamızın üzvləri, uşaq və yeniyetmə idmançılarla xatirə şəkilləri çəkdiriblər.
Görüşdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və digər şəxslər iştirak ediblər.