Supersport.Az-ın məlumatına görə, Litvanın Vilnüs şəhərində Avropa Atletika Assosiyasiyasının Konqresi və Konvensiyasının mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə Avropa Atletika Assosiyasiyasının mükafatına layiq görülüb.