Qurban Qurbanov: "Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır"

Qurban Qurbanov: "Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır"
Futbol
26 Sentyabr 2017 - 18:00



Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin II turunda sabah Bakı Olimpiya Stadionunda "Roma"nı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:


"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünürəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"ya bəlkə də kimlərsə ciddi yanaşmırdı, siyahıdan silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək.

Avropa təcrübəmiz olsa da, bu yarış tam fərqlidir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq".



Digər xəbərlər