Dünya çempionu Ramil Quliyev "ilin atleti" seçilə bilər

Dünya çempionu Ramil Quliyev "ilin atleti" seçilə bilər
Atletika, Digər
19 Sentyabr 2017 - 23:37
Supersport.Az-ın məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı dünya çempionu Ramil Quliyev "ilin atleti" mükafatına namizəd göstərilib.

Avropa Atletika Assosiasiyası belə addım atıb.

İngiltərə paytaxtı Londonda 200 metr məsafəyə qaçışda 20.09 saniyə nəticəylə dünya çempionu adını qazanan Ramil Quliyev "Avropada ayın atleti" seçilmişdi.

Bir müddət əvvəl Avropa Atletika Assosiasiyasının internet sorğusuna əsasən Ramil, avqust ayı üçün birinci olmuşdu.

Dünyada ilin idmançısı olmağa Ramil Quliyevlə yanaşı, 800 metrə dünya çempiinu Pyerre-Ambroise Bosse, 5-10 min metrin ulduzu ingilis Məhəmməd Farah, 50 kilometrə qaçışda dünya çempionu Yohann Dinis, polşalı çəkicatma üzrə dünya çemponu Pavel Faydekin də olduğu 10 idmançı mübarizə aparacaq.

Sosial şəbəkədə baş tutacaq sorğu sentyabrın 26-da başa çatacaq və 4 kateqoriyada qısa siyahıya düşəcək üç atlet açıqlanacaq. Mükafatlandırma mərasimi 14 oktyabrda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

Digər xəbərlər