Dünya çempionu Ramil Quliyevə hədiyyə verildi - Foto

Dünya çempionu Ramil Quliyevə hədiyyə verildi - Foto
Atletika, Digər
10 Sentyabr 2017 - 22:05
Supersport.Az-ın məlumatına görə, dünya çempionu Ramil Quliyev Türkiyədə bir sıra görüşlər keçirib.

Azərbaycan əsilli atlet "Ülkər" stadionunda "Maraton Fenerium" mağazasında onun üçün xüsusi hazırlanan geyimləri imzalayıb.

Görüşdə İdarə Heyəti üzvü Cenk Başak, "Fenerium"un baş müdiri Mümtaz Karakaya və atletika üzrə məsul şəxs Gürsel Özyurt iştirak edib.

Ramilə böyük maraq göstərən azarkeşlər onunla şəkil çəkdiriblər.

27 yaşlı idmançı "UPS" İdman Klubunun Zeytinburnundakı binasında isə tələbələrlə görüşüb, onlara məsləhət verib. Klub rəhbərliyindən Ramil Quliyevə plaket və forma təqdim olunub.



Digər xəbərlər