Useyn Bolta futbolçuluq təklifi

Useyn Bolta futbolçuluq təklifi
Futbol
17 Avqust 2017 - 22:34
Supersport.Az-ın məlumatına görə, atletika karyerasını başa vuran Useyn Bolt İngiltərə klubunun maraq dairəsindədir.

Yamaykalı idmançı "Burton Albion"dan transfer təklifi gəlib.

Bu barədə İngiltərə Championship klubunun prezidenti Ben Robinson açıqlama verib:

"Bolt atletikada möhtəşəm uğurlar qazanıb. Onu transfer etmək istəyirik, fikrimiz ciddidir. Məşqçimiz Boltu yoxlamaq istəyir. İdman dünyası üçün mühüm işlər görüb".

Useyn Boltun meneceri Rikki Simms de bildirib ki, yamaykalı atlet futbolçu olmaq istəyir və bir çox klub onunla maraqlanır.

Qeyd edək ki, 30 yaşlı Bolt, 8 dəfə olimpiya, 11 dünya çempionu olub.

Son dünya çempionatında yamaykalı atlet 100 metr məsafəyə yarışda 3-cü yeri tutub.

Digər xəbərlər