Qurban Qurbanov: "Gizlədiləsi nəsə yoxdur" - Video

Qurban Qurbanov: "Gizlədiləsi nəsə yoxdur" - Video
Futbol, Eksklüziv, Video
12 Avqust 2017 - 15:57
Supersport.Az milli çempionatın ilk turunda "Neftçi"ni məğlub edən"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edir.

Mütəxəssis bildirib ki, Çempionlar Liqasında qrup düşmək üçün əllərindən gələni edəcəklər:

"Kopenhagen"lə görüş ərəfəsində "Neftçi" ilə oyunda qələbə çox vacib idi. Komandamın oyunundan razı qaldım. Amma vaxtımız azdır və qələbə haqda düşünməməliyik.

Çempionlar Liqasının pley-off mərhələsində güclü komandaya qarşı oynayacağıq. Rəqib bütün matçlarımıza baxır. Gizlədiləsi nəsə yoxdur, hər şey göz qabağındadır. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Çalışacağıq ki, ilk oyunda uğurlu nəticə qazanaq".

Baş məşqçi, bəzi zədəli futbolçuların komandaya kömək edə biləcəyini də diqqətə çatdırıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov, Riçard Almeyda və Donald Gereyre "Kopenhagen"ə qarşı mübarizə apara biləcək.

Digər xəbərlər