"Qarabağ"ı əsəbləşdirəcək açıqlama: "Şerif" güclüdür"

"Qarabağ"ı əsəbləşdirəcək açıqlama: "Şerif" güclüdür"
Futbol
26 İyul 2017 - 15:39
Supersport.Az-ın məlumatına görə, Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu beşqat Azərbaycan çempionunun futbolçularını əsəbləşdirəcək açıqlama verib.

Qurum rəhbəri, Çempionlar Liqasında mübarizəni davam etdirməyə "Qarabağ"ın deyil, "Şerif"in layiq olduğunu bildirib.

O, baş məşqçi Roberto Bordinin intizamlı komanda qurmağa çalışdığını qeyd edib:

"Kukesi" ilə qarşılaşmada razı deyiləm ki, "Şerif" zəif oynadı. Futbolçular Tiraspolda nəticə üçün mübarizə apardılar. İndi komanda daha yaxşıdır. Ancaq "Şerif"in futbolçuları sabit oynamır, ötürmələr zamanı çox səhvlərə yol verir. Buna görə də komanda topa yiyələnmək üçün daha çox güc sərf etməli olur. "Şerif" "Qarabağ"dan güclüdür və Çempionlar Liqasında mübarizəni davam etdirməlidir. Lakin futbolda hər şey ola bilər. Növbəti mərhələyə hər zaman güclü komanda vəsiqə qazanmır" (infotag.md).

Digər xəbərlər