Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni oyunçu cəlb edib.
Supersport.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi “Qaziantepspor”un yarımmüdafiəçisi Orkun Çınarlar razılığa gəlib. Onunla 4 illik müqavilə imzalanacaq.
Qeyd edə ki, Almaniyanın “Volfsburq” klubunun yetirməsi olan 21 yaşlı futbolçu 3 ildir “Qaziantepspor”da çıxış edir.