Yeniyetmə cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar

Yeniyetmə cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
Digər, Cüdo
03 İyul 2017 - 00:05
Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa çempionatında ölkəmizin gənc cüdoçuları uğurla yarışıblar.

Supersport.Az xəbər verir ki, çempionatda qalib adı uğrunda 42 ölkədən 430 yeniyetmə cüdoçu mübarizə aparıb. Ölkəmizi həmin birincilikdə 16 idmançı - oğlanlar arasında 10, qızlar arasında 6 cüdoçu təmsil edib. Azərbaycan idmançıları yarışda uğurla çıxış edərək 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Vüsalə Kərimova 40 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finalda ukraynalı Anastasiya Balabanı məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Oğlanların yarışında 55 kiloqram çəki dərəcəsində Ayxan Tanrıverdiyev, 60 kiloqram çəki dərəcəsində Vüsal İbrahimoiv, 66 kiloqram çəki dərəcəsində Knyaz Mahmudlu yalnızı final görüşündə uduzaraq gümüş medala sahib olublar. Həmyerlimiz Davud Abbaslı isə 60 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülüb.

Onu da qeyd edək ki, qalib idmançılardan 3-ü "Jido Club-2012"-ni təmsil edir.

Digər xəbərlər