Supersport.Az-ın məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev növbəti dəfə beynəlxalq turnirin qalibi olub.
Tanınmış idmançı, Beynəlxalq Atletika Federasiyaları Birliyi tərəfindən Fransanın paytaxtı Parisdə “Charlety” stadionunda keçirilən yarışda 200 metr məsafəni 20.15 saniyəyə qət edərək, birinci yeri tutub.
Niderlandlı Çurandi Martina (20.27 san.) ikinci, yamaykalı Raşid Dvayer (20.45 san.) olub.