"Qarabağ" Avstriyada hazırlığa başladı - Foto

"Qarabağ" Avstriyada hazırlığa başladı - Foto
Futbol, Foto
17 İyun 2017 - 15:42
Supersport.Az-ın məlumatına görə, Avstriyada olan "Qarabağ" hazırlığa başlayıb.

Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Futbolçular bugün yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 13:00) ilk məşqinə çıxıb. İki qrup halında olan "Qarabağ" fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup 1 saat olmaqla 2 saat davam edib.

Komandanın axşam məşqi yerli vaxtla saat 19:00 (Bakı vaxtıyla 21:00) üçün nəzərdə tutulub.

Digər xəbərlər